• cümə axşamı, 28 mart, 15:45
  • Baku Bakı 16°C

Gürcüstan ziyalıları Heydər Əliyevə böyük hörmət bəsləyirlər

12.12.18 20:30 531
Gürcüstan  ziyalıları Heydər Əliyevə böyük hörmət bəsləyirlər
Bu gün Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anım günüdür. Ulu Öndərin xatirəsi təkcə Azərbaycanda deyil, Gürcüstanda da ehtiramla anılır. Bu onu göstərir ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün olduqca əhəmiyyətli və təsirli olub.
AZƏRTACxəbər verir ki, bu sözləri Ümummilli Liderin anım günü ilə əlaqədar Tbilisidə keçirilən tədbirlərdə iştirak edən Milli Məclisin deputatı Rasim Musabəyov jurnalistlərə açıqlamasında söyləyib.
"Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Gürcüstanda Heydər Əliyev şəxsiyyətinə böyük hörmət var. Azərbaycanın Ümummilli Liderinə yalnız Gürcüstan azərbaycanlıları deyil, bu ölkənin siyasətçiləri, ziyalıları, dövlət xadimləri də böyük hörmət bəsləyirlər. Onun hər iki ölkənin müstəqilliyinin möhkəmlənməsində müstəsna xidmətlərinə böyük önəm verirlər”, - deyə deputat əlavə edib.
R.Musabəyov bildirib ki, Ulu Öndər Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığı möhkəmləndirərək iki dövlətin gələcək inkişafı üçün bir yol müəyyənləşdirib: "Azərbaycan və Gürcüstan bir-birlərinə arxalanaraq inkişaf yoluna çıxıblar. Bu yol iki ölkəni və xalqlarımızı bir-birinə əbədi olaraq sıx bağlayacaq”.
banner

Oxşar Xəbərlər