• cümə, 29 Mart, 11:12
  • Baku Bakı 5°C

Gürcüstan XİN Azərbaycana təşəkkür edib

24.03.20 13:51 1072
Gürcüstan XİN Azərbaycana təşəkkür edib
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.
"Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma prezident seçkiləriniqeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.
banner

Oxşar Xəbərlər