AZE | RUS | ENG |

Gürcüstan xəstəxanalarında 845 nəfər qripdən müalicə olunur

Gürcüstan xəstəxanalarında 845 nəfər qripdən müalicə olunur
Gürcüstanda qrip virusu ilə xəstəxanalara yerləşdirilən vətəndaşların sayı son iki gündə təxminən 200 nəfər artaraq 845 nəfərə çatıb. Onlardan 44-ü reanimasiya şöbəsindədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri David Sergeyenko söyləyib.

Bildirib ki, iki gün əvvəl xəstəxanalarda 616 nəfər müalicə olunurdu və onların 39-u reanimasiya şöbəsində olub.

Nazir deyib: "Xəstələrin sayının kəskin artması bir daha göstərir ki, qrip virusu çox ciddi xəstəlikdir və bu xəstəlikdən ciddi müalicə olunmaq lazımdır”.

D.Sergeyenkonun sözlərinə görə, bu günə qədər qrip virusundan ölən 14 nəfərdən 13-nün məhz donuz qripindən dünyasını dəyişdiyi laboratoriyada təsdiqlənib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN