AZE | RUS | ENG |


Gürcüstan və Ukrayna DİN rəhbərlərinin Saakaşvilinin ekstradisiyasını müzakirə etdikləri təkzib olunub

Gürcüstan və Ukrayna DİN rəhbərlərinin Saakaşvilinin ekstradisiyasını müzakirə etdikləri təkzib olunub
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təkzib edib.
 
APA-nın İmedi telekanalına istinadən verdiyi məlumata görə, Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.
 
Qeyd edək ki, bundan əvvəl internetdə rusiyalı prankerlər Vladimir Kuznetsev və Aleksey Stolyarovun Ukrayna daxili işlər naziri A. Avakovun adından Gürcüstan daxili işlər nazirinə zəng etməsi və M. Saakaşvilinin Ukraynaya dönəcəyi halda Gürcüstana ekstradisiyası məsələsinin müzakirə edildiyi barədə informasiya yayılıb. Prankerlər G. Mqebrişvili ilə danışığın əks olunduğu iddia edilən audioyazını da yayıblar.
 
Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvili barədə qiyabi həbs hökmü verib və haqqında axtarış elan edib. Bu il iyulun 26-da isə M. Saakaşvili Ukrayna prezidenti Petra Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN