Gürcüstan Soçi Olimpiadasında iştirak edəcək?

Gürcüstan Soçi Olimpiadasında iştirak edəcək?

İdman
01 Aprel 2013, 13:45 912
Gürcüstan hökuməti ölkənin Soçi Qış Olimpiya Oyunlarında iştirakı ilə bağlı hələ yekun qərarını verməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın xarici işlər nazirinin müavini David Zalkaliani brifinqdə deyib.

"Gürcüstanın Soçi Olimpiadasını boykot elan etməməsi barədə fikir olub, lakin yekun qərar hələlik qəbul edilməyib. Gürcüstanın Olimpiadada hansı formada iştirak edəcəyi məsələsi yaxın vaxtlarda həll ediləcək" , - Zalkaliani qeyd edib.

Gürcüstanın Soçi Olimpiadasında iştirakı qərarını ölkənin Milli Olimpiya Komitəsi qəbul edəcək. Komitə yaxın vaxtlarda Tbilisidə yığıncaq keçirəcək.