• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratmasını təklif edib

03.12.17 15:45 2457
Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratmasını təklif edib
"Şərq tərəfdaşlığı” ölkələrinin yeni parlament platforması yaratması vacibdir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Tamar Xulordava keçirdiyi brifinqdə bildirib.

T. Xulordava deyib ki, "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrinAvropa İttifaqıilə gələcəkdə əməkdaşlıq üzrə planları var: "Biz görürük ki,Avropa İttifaqıdaxili məsələlərə daha çox diqqət ayırır. Bu vəziyyətdə proqrama üzv ölkələrin yeni parlament platforması yaradaraqAvropa İttifaqıilə ümumi gələcəklə bağlı müzakirələr aparması vacibdir.”

T.Xulordava sabah Tbilisidə "Avropa İttifaqıvə tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcəyini nəzərə çatdırıb. Tədbirdə 20-yə yaxın ölkənin təmsilçiləri iştirak edəcək və əsas mövzu Aİ-nin xarici siyasəti və "Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətləridir. Konfransda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və parlament sədri İrakli Kobaxidze də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanı tədbirdəMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidovtəmsil edəcək.
banner

Oxşar Xəbərlər