• çərşənbə, 24 Aprel, 14:24
  • Baku Bakı 27°C

Gürcüstan rəsmiləri Putinin Abxaziyaya gözlənilən səfərini kəskin tənqid ediblər

02.08.17 13:55 6857
Gürcüstan rəsmiləri Putinin Abxaziyaya gözlənilən səfərini kəskin tənqid ediblər
Gürcüstan rəsmiləri Rusiya prezidenti Vladimir Putinin işğal altında olan Abxaziyaya gözlənilən səfərini təxribat adlandırıblar.
APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Tengiz Pxaladze deyib ki, Putinin Abxaziyaya səfəri Rusiyanın işğalçılıq siyasətinin davamıdır: "Gözlənilən səfər Rusiyanın tarixi ədalətsizliyi leqallaşdırmaq cəhdidir. Gürcüstanın işğal olunmuş əraziləri tanımamaqla bağlı siyasəti çox güclüdür. Əminəm ki, Gürcüstan bu münaqişədə qalib gələcək və ədalət bərqərar olacaq”.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də hesab edir ki, Putinin Abxaziyaya səfəri faktiki anneksiyanın davamıdır: "Səfər davam edən təxribatdır. Bu cəhd Rusiya tərəfindən faktiki anneksiya cəhdidir. Buna görə də bizim vəzifəmiz istənilən təxribatın qarşısını almaqdır. Ölkə üçün həyati əhəmiyyət kəsb edən sülhün saxlanılması bizim vəzifəmizdir”.
Qeyd edək ki, Rusiya mətbuatının məlumatına əsasən prezidentVladimir PutinCənubi Osetiyada 2008-ci il avqust müharibəsinin növbəti ildönümündə Abxaziyaya səfər edəcək. Səfər çərçivəsində Putin Abxaziyanın de-fakto lideri Raul Xacimba ilə görüşəcək.
banner

Oxşar Xəbərlər