• cümə, 19 Aprel, 22:59
  • Baku Bakı 24°C

Gürcüstan prezidentinin Ukraynaya səfəri 2020-ci ilədək təxirə salınıb

29.11.19 10:08 607
Gürcüstan prezidentinin Ukraynaya səfəri 2020-ci ilədək təxirə salınıb
Gürcüstan prezidenti Salome Zurabişvilinin bu ilin noyabr ayında UkraynayaplanlaşdırılansəfəriUkrayna tərəfininxahişiilə 2020-ci ilədəktəxirə salınıb.
APA"TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezident administrasiyasının yaydığı bəyanatda deyilir.
"Bu ilin noyabr ayında Gürcüstan prezidenti Salome Zurabişvilinin Kiyevə səfəri planlaşdırılırdı, lakin Ukraynada inkişaf edən proseslər səbəbindən Ukrayna tərəfinin xahişi əsasında səfər 2020-ci ilədək təxirə salınıb”, - deyə məlumatda bildirilir.
Administrasiyadan o da bildirilib ki, bundan əvvəl Gürcüstan mediasının Ukrayna prezidenti Vladimir Zelenskinin Tbilisiyə səfər edəcəyi barədə yazdığı məlumatlar yanlışdır və həqiqətə uyğun deyil.
banner

Oxşar Xəbərlər