Gürcüstan prezidenti velosipeddən yıxılaraq qolunu sındırıb

Gürcüstan prezidenti velosipeddən yıxılaraq qolunu sındırıb

Təfsilat
08 Aprel 2013, 14:30 858
İstanbulda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili velosipeddən yıxılaraq qolunu sındırıb.

APA-nın “Hürriyət” qəzetinə istinadən yaydığı məlumata görə, hadisə Saakaşvili velosiped gəzintisində olan zaman baş verib. Prezident xəstəxanaya çatdırılıb, hadisənin təfərrüatları barədə məlumat verilmir. Mixail Saakaşvilinin bu günə nəzərdə tutulan görüşləri sabaha təxirə salınıb.