AZE | RUS | ENG |

Gürcüstan prezidenti Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb

Gürcüstan prezidenti Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili beynəlxalq tərəfdaşları Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, belə bir bəyanatla dövlət başçısı Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda çıxış edib.
 
O, beynəlxalq ictimaiyyəti Rusiyanın regionda, o cümlədən Gürcüstanda aqressiv və təxribatçı siyasətinə cavab və reaksiya verəcək ümumi strategiya hazırlamağa çağırıb: "Gəlin, Rusiyanın qonşularına qarşı siyasətinə aydın cavablar verəcək vahid strategiya yaradaq. Dünyanın üstün maraqlar sferalarına bölünməsi yalnız Rusiyanın qonşuları üçün deyil, dünya miqyasında da təhlükə yaradır”. 
 
G. Marqvelaşvili həmçinin qeyd edib ki, Gürcüstanın Avropa və NATO-ya inteqrasiya prosesi davam edir: "Paralel olaraq biz demokratik prosesləri davam etdiririk. Gürcüstanın üzləşdiyi problemlərə baxmayaraq, ölkəmiz  məsuliyyətli beynəlxalq oyunçu olaraq dünyada sabitlik və təhlükəsizliyi təmin edən beynəlxalq missiyalarda fəal iştirak edir”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000