• cümə, 26 Aprel, 15:41
  • Baku Bakı 23°C

Gürcüstan Prezidenti: Kvemo Kartli bölgəsi tolerantlıq nümunəsidir

20.03.19 09:15 264
Gürcüstan Prezidenti: Kvemo Kartli bölgəsi tolerantlıq nümunəsidir
Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda yerli sakinlərlə görüşüb.
AZƏRTACxəbər verir ki, dövlət başçısı Kvemo Kartli bölgəsinin və Bolnisi rayonunun perspektivlərindən danışıb, regionun inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Regionda bir sıra faydalı layihələrin həyata keçiriləcəyinin nəzərdə tutulduğunu vurğulayan prezident deyib ki, bunun üçün insan resurslarına ehtiyac var. Dövlət başçısı Kvemo Kartlidə mədəniyyət ocaqları, kitabxana və muzeylərin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.
S.Zurabişvili deyib: "Kvemo Kartli bölgəsi Gürcüstanın tolerantlıq nümunəsidir. Bu bölgəyə səfər edəcək turistlər Gürcüstanda müxtəlif etnik mənsubiyyətə məxsus insanların sülh şəraitində necə yaşadığını şahidi olacaqlar”.
Dövlət başçısı Kvemo Kartli bölgəsində yaşayan gəncləri təhsilə xüsusi diqqət yetirməyə çağırıb və bildirib ki, onlar xaricdə təhsil proqramlarından faydalanmalıdırlar.

banner

Oxşar Xəbərlər