• çərşənbə axşamı, 16 aprel, 14:47
  • Baku Bakı 19°C

Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib

12.04.18 12:13 618
Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib
Gürcüstan prezidenti Giorgi Marqvelaşviliİlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.
APA-nın yerli bürosunun məlumatına görə, G. Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib: "Dostumİlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.

G. Marqvelaşviliİlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər