• şənbə, 20 Aprel, 02:33
  • Baku Bakı 15°C

Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"

14.06.18 12:16 493
Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir Giorgi Kvirikaşvilinin istefasına münasibət bildirib.
APA-nın yerli bürosunun məlumatına görə, dövlət başçısı ölkədəki prosesləri maskarad adlandırıb.
G. Marqvelaşvili deyib ki, ictimaiyyət istefanın arxasında hansı arqumentlərin olduğunu bilməlidir: "Maskarad başa çatmalıdır. Avropa ölkələrində hakim partiya sədrləri baş nazir vəzifəsini tutur. Buna müvafiq olaraq hakim partiyanın lideriBidzina İvanişvilibaş nazir olmalıdır”.
banner

Oxşar Xəbərlər