• çərşənbə, 24 Aprel, 11:34
  • Baku Bakı 13°C

Gürcüstan prezidenti azərbaycanlı din xadimləri ilə görüşüb - Fotolar

22.10.14 11:30 1265
Gürcüstan prezidenti azərbaycanlı din xadimləri ilə görüşüb - Fotolar
Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili müxtəlif dinlərin rəhbər və nümayəndələri ilə görüş keçirib. Bu barədə “Kaspi”yə məlumatı Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Hacı Ramin İgidov verib. O, bildirib ki, görüşdə söhbətin əsas mövzusu “Qadın zorakılığı və ona qarşı haqsızlıqla mübarizə" barəsində din xadimlərinin fikrini öyrənmək və təkliflərini dinləmək olub. Ölkə Prezidenti çıxışı zamanı qeyd edib ki, bir çox dünya dövlətləri ilə yanaşı, Gürcüstanı narahat edən bu məsələ barəsində müzakirə aparmaqda əsas məqsəd zərif cinsə qarşı kobudluq və xoşagəlməz hadisələrin səbəblərini araşdırmaqdır. Q.Marqvelaşvili onu da əlavə edib ki, bu istiqamətdə üzə çıxan çatışmazlıqların həllinə çalışmaqdan ötrü dövlət rəsmləri ilə ruhanilərin birgə proqramlı şəkildə işləməsi müsbət nəticə verəcək.
Müxtəlif dinləri təmsil edən din xadimləri belə hadisələrin qarşısını almaq üçün ictimaiyyətdə, kütləvi informasiya vasitələrində, eyni zamanda təhsil və ibadət ocaqlarında, sıravi vətəndaşlar arasında davamlı maarifləndirmə aparmanın vacib olduğunu qeyd edərək, birgə əməkdaşlıq barədə razılığa gəliblər.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər