• çərşənbə, 24 Aprel, 04:05
  • Baku Bakı 14°C

Gürcüstan prezidenti Azərbaycan prezidentinə məktub göndərib

29.12.17 17:09 572
Gürcüstan prezidenti Azərbaycan prezidentinə məktub göndərib
Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili azərbaycanlı həmkarıİlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, G. Marqvelaşvilinin məktubunda deyilir:

"Zatı-aliləri. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Azərbaycan Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu inkişafa nail olub. Əminəm ki, strateji tərəfdaşlar olaraq xalqlarımızın qarşılıqlı mənafeyi naminə bizim birgə səylərimiz sayəsində əməkdaşlığımızın genişlənməsi daha böyük nailiyyətlərə gətirib çıxaracaq. Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
banner

Oxşar Xəbərlər