AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstan polisi cari ildə xarici ölkələrdə 12 xüsusi əməliyyat həyata keçirib

Gürcüstan polisi cari ildə xarici ölkələrdə 12 xüsusi əməliyyat həyata keçirib

Kriminal
14 Dekabr 2019, 20:30 442
Gürcüstan Daxili İşlər Nazirliyi beynəlxalq əməkdaşlıq çərçivəsində 2019-cu ildə xarici ölkələrdə 12 genişmiqyaslı xüsusi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, nazirliyin Fransa, İspaniya, İtaliya, Çexiya, İrlandiya, Belçika və Ukrayna polisi ilə birgə həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində üçü "qanuni oğru” olmaqla ağır cinayətlər törətmiş 124 nəfər həbs edilib.
İrlandiya və ispaniyalı polis orqanları ilə birgə əməkdaşlıq çərçivəsində yüzlərlə miqrantın qanunsuz yollarla Avropada yerləşdirilməsini həyata keçirən gürcülərdən ibarət cinayətkar qrup ifşa olunub. Bildirilir ki, Gürcüstanın polis attaşeləri beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədilə Avropa İttifaqı, İnterpol və Avropol ilə əməkdaşlığı davam etdirir.