• çərşənbə, 24 Aprel, 10:12
  • Baku Bakı 13°C

Gürcüstan patriarxının halı pisləşib

22.07.18 14:30 307
Gürcüstan patriarxının halı pisləşib
Gürcüstan patriarxı II İlyanın Müqəddəs Sameba kilsəsində ibadət zamanı halı pisləşib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, patriarx ibadəti sona qədər yerinə yetirə bilməyib.
II İlya tibbi yardımın göstərilməsi üçün kilsədən çıxarılıb.
Patriarxın səhhətinin pisləşməsi təzyiqi ilə bağlı olub. Onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Həkim nəzarətində olan II İlyanın həyatına təhlükə olmadığı bildirilir.
banner

Oxşar Xəbərlər