• cümə, 29 Mart, 18:10
  • Baku Bakı 14°C

Gürcüstan patriarxı: “Ölkəmizə xeyirxah dəstəyinə görə Azərbaycan prezidentinə təşəkkür edirik”

01.12.16 12:12 712
Gürcüstan patriarxı: “Ölkəmizə xeyirxah dəstəyinə görə Azərbaycan prezidentinə təşəkkür edirik”
"Biz Azərbaycan prezidentiİlham Əliyevə ölkəmizə xeyirxah dəstəyinə görə təşəkkür edirik”.
APA-nın məlumatına görə, bu sözləri Gürcüstan pravoslav kilsəsinin nümayəndəsi, yepiskop Dmitri "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” adlı tədbirdə patriarx İlyanın müraciətini oxuyarkən deyib. O bildirib ki, qarşılıqlı hörmət iki ölkə xalqları arasında münasibətlərin əsasını təşkil edir: "Hər iki ölkədə qədim və yeni tikilmiş müxtəlif dinlərə aid abidələrin mövcudluğu bu hörmətin göstəricisidir. Bu baxımdan Qax rayonunda gürcü kilsəsinin və Gürcüstanda Azərbaycanla bağlı məscid və onlarla dini təşkilatın bərpası, fəaliyyəti qeyd edilməlidir. Gürcüstan və Azərbaycan multikultural, multietnik ölkələrdir. Dünyanın müxtəlif region və ölkələrində dini və etnik münaqişələr bizi tez bir zamanda addımlar atmağa, qarşılıqlı anlaşma atmosferi qurmaq baxımından birgə səylər göstərməyə çağırır”.
banner

Oxşar Xəbərlər