• şənbə, 20 Aprel, 00:18
  • Baku Bakı 15°C

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək

19.09.18 11:30 320
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziqurinin rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 19-da Azərbaycana səfərə yola düşüb.
Gürcüstan parlamentindənAZƏRTAC–a bildiriblər ki, səfərin məqsədi Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etməkdir.
Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə deputatlar Tamaz Naveriani, Georgi Mosidze, Ramaz Nikolaşvili, Nikoloz Samxaradze və digərləri daxildir.
banner

Oxşar Xəbərlər