• cümə, 26 Aprel, 06:18
  • Baku Bakı 12°C

Gürcüstan parlamentinin deputatı: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə sülh və sabitliyin təməli qoyulub

24.10.21 15:00 220
Gürcüstan parlamentinin deputatı: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə sülh və sabitliyin təməli qoyulub
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə sülh və sabitliyin təməli qoyulub. İndi əsas məqsəd bu sabitliyi qoruyub saxlamaq və inkişafa nail olmaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Zaur Darğallı söyləyib.
Deputat deyib: "Bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminəm. Regionda baş verən bütün proseslərdə gənclərin və obyektiv medianın rolu çox əhəmiyyətlidir. Bölgədə sülh mövzusunda gənclər və jurnalistlər arasında fikir mübadiləsi üçün şəraitin yaradılması böyük önəm daşıyır. Biz Azərbaycan və Gürcüstan gənclərinin, mətbuatının bu məsələdə rolunu artırmalıyıq. Bu, bizim işimizi daha da asanlaşdıracaq”.
Z.Darğallı bildirib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Gürcüstan üçün də yeni imkanlar açıb.
banner

Oxşar Xəbərlər