• şənbə, 27 Aprel, 08:48
  • Baku Bakı 12°C

Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb

22.02.17 15:08 934
Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb
Bu gün Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb. Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev çıxışında Xocalı soyqırımı haqqında məlumat verib. O, qeyd edib ki, bu hadisələrə ədalətli hüquqi qiymət verilməlidir.
Hazırda Gürcüstan parlamentinin sessiasında bu məsələ ilə bağlı müzakirələr getməkdədir, təklifin təşəbbüskarlarından olan Gürcüstan parlamentinin Azərbaycanlı deputatı Ruslan Hacıyev mediaya açıqlama verib, o qeyd edib ki, 26 fevral günü bütün dünya Azərbaycanlıları üçün faciəli bir gündür, bu faciə nəinki Azərbaycan xalqına , bu insanlığa qarşı edilmiş cinayətdir və hər birimizin yaramızdır: "Bu gün 22 fevral tarixində Gürcüstan parlamentində ilk dəfə olaraq Savalan Mirzəyevin Xocalı soydırımılə bağlı səsləndirdiyi faktlar və təkliflər onu göstərir ki, bu soyqırımın hüquqi qiymətinin verilməsinə və tanıdılması olduqca önəmlidir. Vətənimiz Gürcüstan da, müstəgillik tarixidə çox haqsızlıqkarla qarşılaşdı, Azərbaycanda olduğu kimi, Gürcüstanında ərazisinin 20% işğal altındadır, minlərlə qaçqın və məcburi köçgün öz evlərindən didərgin düşüblər. Bu ədalətsizlik hələdə davam edir. Lakin Gürcüstan-Azərbaycan əlaqələri çox yüksəkdir, bizim dostluq əlaqələrimiz tarix boyu davam edir”.
O, eyni zamanda bu günlərdə qondarma rejimin, keçirmək istədiyi referenduma etiraz edən Gürcüstan hökümətinin bu addımınada fikir bildirib. Qeyd edib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir: "Başqa cür ola da bilməz, Azərbaycan dövləti də hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim ölkələri çox sıx tellər bağlayır, bu əlaqələrin əsrlər boyu tarixi var. Bizim əlaqələrimizi heç bir qüvvə poza bilməz".
banner

Oxşar Xəbərlər