• cümə axşamı, 18 aprel, 11:26
  • Baku Bakı 12°C

Gürcüstan parlamenti Assosiasiya Sazişini ratifikasiya etdi

18.07.14 19:06 1091
Gürcüstan parlamenti Assosiasiya Sazişini ratifikasiya etdi
Gürcüstan parlamenti növbədənkənar iclasda AB ilə Assosiasiya Sazişini ratifikasiya edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda əvvəlcə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze parlament deputatlarını sazişlə bağlı sənədlərlə tanış edib. Sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili deputatlara müraciət edib.
Günortadan sonra iclasa Gürcüstan prezidenti Georgi Marqvelaşvili də qatılıb. Tədbirdə Avropa komissarı Ştefan Füle, Latviya və Bolqarıstanın xarici işlər nazirləri və başqa rəsmi qonaqlar da çıxış ediblər. Sazişin ratifikasiya edilməsinə 123 deputat səs verib. Əleyhinə heç kim səs verməyib.
Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında sazişin ratifikasiya olunması münasibətilə hamını təbrik edib: ”Bu sənədin qəbulu bizim üçün böyük qələbədir. Bu bizim birliyimizdən xəbər verir. Bu vacib sənədin qəbulu münasibətilə hamını təbrik edirəm”, deyə prezident qeyd edib.
Parlamentin növbədənkənar iclasında səsvermə proseduru bitdikdən sonra bayram tədbiri keçirilib.
banner

Oxşar Xəbərlər