• çərşənbə, 24 Aprel, 17:16
  • Baku Bakı 27°C

Gürcüstan müxalifəti prezident seçkilərində vahid namizədlə iştirak edə bilər

15.07.18 16:18 449
Gürcüstan müxalifəti prezident seçkilərində vahid namizədlə iştirak edə bilər
Gürcüstanın 9 müxalifət partiyası prezident seçkiləri ilə bağlı birlik yarada bilər.
APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı "Yeni Gürcüstan” partiyasının ofisində siyasi məsləhətləşmələr keçirilib.
"Yeni Gürcüstan” partiyasının lideri Giorgi Vaşadze bildirib ki, birləşmiş müxalifətin prezident seçkilərində vahid namizədi olacaq.
Müxalifət partiyaları məsləhətləşmələrə hakim "Gürcü Arzusu” partiyası ilə bağlı olmayan, Qərb əleyhinə və Rusiyaya meylli siyasət aparmayan bütün siyasi qüvvələri dəvət ediblər.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.
banner

Oxşar Xəbərlər