• cümə, 26 Aprel, 22:07
  • Baku Bakı 22°C

Gürcüstan müdafiə naziri: “İstəyirik ki, regional təhlükəsizlik yüksək səviyyədə olsun”

07.11.16 15:01 1075
Gürcüstan müdafiə naziri: “İstəyirik ki, regional təhlükəsizlik yüksək səviyyədə olsun”
Gürcüstanın müdafiə naziri Levan İzoriya "100 gün və müdafiə sahəsində strateji inkişaf” adlı hesabatla çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, daxili işlər naziri Giorgi Mqebrişvili, dövlətstrukturlarının rəhbərləri, Azərbaycan və Türkiyə səfirliklərinin rəsmiləri, hərbi attaşelər, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

L. İzoriya Gürcüstan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırışın qüvvədə qaldığını bildirib. O, hərbi çağırışın yeni formada həyata keçiriləcəyini qeyd edib.

Gürcüstanın müdafiə naziri jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib: "Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli format çərçivəsində əməkdaşlıq getdikcə inkişaf edir. İstəyirik ki, regionun təhlükəsizliyi yüksək səviyyədə olsun. Buna görə də üçtərəfli görüşlərimizi davam etdirəcəyik və münasibətlərimizi gücləndirəcəyik”.
banner

Oxşar Xəbərlər