• çərşənbə axşamı, 16 aprel, 09:33
  • Baku Bakı 14°C

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları ucqar kənddə yeni məktəb binası tikəcək

10.02.19 18:13 485
Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları ucqar kənddə yeni məktəb binası tikəcək
Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Tsopi kəndində yeni məktəb binası tikəcək.
AZƏRTACxəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili jurnalistlərə müsahibəsində söyləyib.
Tsopi kəndində olduğunu və əhalinin sosial-məişət qayğıları ilə maraqlandığını vurğulayan nazir deyib: "Tsopi kəndi paytaxtdan xeyli uzaqda yerləşir. Çox təəssüf ki, kənddə məktəb və lazımi infrastruktur yoxdur. Kəndin cavanları iş axtarmaq üçün Azərbaycan və Türkiyəyə gedirlər. Kənddəki məktəb 1947-ci ildə tikilib və çox yararsız haldadır. Hökumət kənddə yeni məktəb tikəcək. Ümid edirəm ki, bu, başlanğıc olacaq və biz gələcəkdə bu kəndin infrastrukturunu da inkişaf etdirəcəyik”.
Nazirin sözlərinə görə, Tsopi kəndində 200 ailə, 800 nəfərə yaxın insan yaşayır. Kənd məktəbində 75 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur.
Nazir deyib ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu məktəbin tikintisi ilə əlaqədar tender elan edib.
Yeni məktəb binasının tikintisinə 2 milyon 700 min lari (1 milyon dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər