• şənbə, 20 Aprel, 08:52
  • Baku Bakı 14°C

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür edib

21.08.17 19:43 981
Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür edib
Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan prezidentiİlham Əliyevə minnətdarlığını bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

"Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, - deyə DİN-in bəyanatında bildirilir.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən,Fövqəladə Hallar NazirliyiGürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.
Sosial səhifələrdə payl
banner

Oxşar Xəbərlər