Gürcüstan dağlarında 3 belaruslu turist itkin düşüb
Gürcüstanın Svaneti bölgəsində üç belaruslu turist itkin düşüb.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir. Hazırda onların axtarışları istiqamətində tədbirlər həyata keçirilir.