• şənbə, 20 Aprel, 01:53
  • Baku Bakı 15°C

Gürcüstan cari ildə istehlak edəcəyi təbii qazın 95 faizini Azərbaycandan alacaq

08.06.19 11:52 429
Gürcüstan cari ildə istehlak edəcəyi təbii qazın 95 faizini Azərbaycandan alacaq
Gürcüstanda bu il 2,5 milyard kubmetr təbii qazın istehlak ediləcəyi gözlənilir. Bunun da 95 faizi Azərbaycan qazının payına düşəcək.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.
Nazirin sözlərinə görə, Azərbaycan təbii qaz tədarükündə Gürcüstanın strateji tərəfdaşı olaraq qalır: "Bu gün Gürcüstan Azərbaycandan 2 mənbədən təbii qaz əldə edir. Gürcüstan SOCAR-dan aldığı qazla əhalini və istilik elektrik stansiyalarını tam təmin edə bilir. Bundan başqa, Gürcüstan Azərbaycan qazının dünya bazarına daşınması ilə əlaqədar tranzit haqqı alır. Bu da ölkənin enerji təhlükəsizliyində istifadə olunur”.
banner

Oxşar Xəbərlər