• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

Gürcüstan Azərbaycandan mis filizi və konsentratı idxalını təxminən 3 dəfə artırıb

26.05.20 18:15 654
Gürcüstan Azərbaycandan mis filizi və konsentratı idxalını təxminən 3 dəfə artırıb
Cari ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi mis filizi və konsentratlarının həcmi təxminən üç dəfə artıb.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 5949,3 min ABŞ dolları dəyərində, 2311,0 ton mis filizi və konsentratları idxal edib.
Keçən 2019-cu ilin eyni dövründə isə Gürcüstan Azərbaycandan 1604,9 min dollar həcmində 716,1 min ton mis filizi və konsentratları alıb.
banner

Oxşar Xəbərlər