• cümə, 19 Aprel, 08:15
  • Baku Bakı 13°C

“Gürcüstan-Azərbaycan-Türkiyə tərəfdaşlığı Şərq və Qərb arsında oksigen dəhlizidir”

05.06.18 10:48 552
“Gürcüstan-Azərbaycan-Türkiyə tərəfdaşlığı Şərq və Qərb arsında oksigen dəhlizidir”
"Gürcüstan, Azərbaycan və Türkiyə arasında münasibətlər tərəfdaşlıqdan daha böyükdür”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze Tbilisidə keçirilən "Azərbaycan-Türkiyə-Gürcüstan: üçtərəfli əməkdaşlığın qlobal və regional determinantları” konfransında deyib. O bildirib ki, üç ölkə arasında əməkdaşlıq yalnız tranzit dəhlizi, karbohidrogenlərlə bağlı deyil: "Üç ölkə arasında tərəfdaşlıq Şərq və Qərb arasında oksigen dəhlizidir. Gürcüstan, Türkiyə və Azərbaycan Şərq və Qərb arasında alternativ əməkdaşlıq yolları təklif edir”.
Müşavir qeyd edib ki, üç ölkə arasında tərəfdaşlıq həyati önəm daşıyır və xalqların gələcəyinə xidmət edir. "Azərbaycanın və Türkiyənin inkişafı Gürcüstanın inkişafı deməkdir”.
banner

Oxşar Xəbərlər