• cümə axşamı, 25 aprel, 20:08
  • Baku Bakı 21°C

“Gürcüstan-Azərbaycan mətbuatında” adlı lahiyə həyata keçiriləcək

24.07.14 14:33 1051
“Gürcüstan-Azərbaycan mətbuatında” adlı lahiyə həyata keçiriləcək
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkilatçılığı, Gürcüstanın Gənclər və İdman Nazirliyi yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan-Azərbaycan mətbuatında” adlı lahiyə həyata keçiriləcəkdir. AMM-dən “Kaspi”yə bildirilib ki, layihə 1-4 avqust 2014-cü ilədək davam edəcək. Layihənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən KİV-lərdə Gürcüstanın mədəniyyəti, tarixi, inkişafı ilə Azərbaycan oxucusunu tanış etməkdir. İştirakçıların nəqliyyat, mehmanxana və qida xərcləri layihə çərçivəsində qarşılanır. Səfər çərçivəsində jurnalistlər üçün Gürcüstanın bir sıra şəhərlərinə, tarixi yerlərinə ekskursiyalar, Gürcüstan-Azərbaycan münasibətləri mövzusunda konfranslar təşkil olunacaqdır. Bir sıra dövlət idarələrində həmçinin Gürcüstanın Gənclər və İdman Nazirliyində dövlət rəsmiləri, mədəniyyət və ictimaiyyət xadimləri, Gürcüstanda yaşayan azərbaycanlılarla dəyirmi masa ətrafında görüşlər keçiriləcəkdir.
Layihənin sonunda iştirak edən jurnalistlər tərəfindən hazırlanacaq səfər haqqında reportajlar, ümumiyyətlə yığılan bütün materiallardan ibarət broşurlar, video çarxlardan ibarət toplu hazırlanacaq və təqdimatı keçiriləcəkdir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər