• çərşənbə axşamı, 19 mart, 13:30
  • Baku Bakı 8°C

Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir

18.08.19 11:45 11269
Gürcüstan ABŞ ilə hərbi əməkdaşlığı genişləndirir
Gürcüstan ABŞ ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Yaxın günlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair üçillik müqavilə imzalanacaq.
AZƏRTACxəbər verir ki, bu məlumatı Gürcüstanın Müdafiə naziri Levan İzoria ABŞ-ın ölkəyə yeni təyin olunmuş hərbi attaşesi Stefani Beqli ilə görüşündən sonra açıqlayıb.
Nazirin sözlərinə görə, ABŞ regionda Gürcüstan ilə əməkdaşlığa böyük önəm verir. Görüşdə bu məsələ ciddi müzakirə olunub və yaxın günlərdə iki ölkə arasında hərbi əməkdaşlığa dair üçillik əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.
banner

Oxşar Xəbərlər