• çərşənbə axşamı, 16 aprel, 15:37
  • Baku Bakı 19°C

Gürcülər hansı ölkələri strateji tərəfdaş kimi görürlər?

07.04.17 10:00 1119
Gürcülər hansı ölkələri strateji tərəfdaş kimi görürlər?
Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Gürcüstan ərazisində keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. Respondentlər ölkənin həyati əhəmiyyət kəsb edən sahələri ilə bağlı onlarla sualı cavablandırıblar. Bir ay ərzində ABŞ mərkəzinin apardığı sorğunun nəticələri ilk baxışda bir qədər ziddiyyətli təsir bağışlayır. Məsələn, rəyi soruşulanların təxminən yarısı Rusiya ilə münasibətlərin yaxşılaşmasını və bir o qədəri də qonşu ölkəni Gürcüstan üçün başlıca təhlükə hesab edir. Ekspertlər isə bu məsələdə ziddiyyət görmədiklərini bildirirlər. Qeyd olunur ki, Rusiyanı qeyri-dost ölkə hesab edən və belə bir vəziyyətin təhlükəli olduğunu nəzərə alan respondentlərin böyük bir hissəsi qanunauyğun şəkildə hesab ediblər ki, potensial təhlükəni yalnız münasibətləri normallaşdırmaqla aradan qaldırmaq olar.
Beləliklə, 76 faiz respondent hesab edir ki, Moskva ilə münasibətlər pisdir. 11 faiz bu məsələyə ziddiyyətli qiymət veriblər, elə o faizdə də respondent Gürcüstan-Rusiya münasibətlərinin mövcud durumunu xarakterizə etməkdə çətinlik çəkib. Rəyi soruşulanların yarısı Moskva ilə münasibətləri qoruyub saxlamağın tərəfdarıdır. 10 faiz Rusiya ilə hər hansı bir əlaqənin qurulmasına qarşıdır. Onlar hesab edirlər ki, bu münasibətin olması Gürcüstana heç bir zaman fayda verməyib və verməyəcək də. 57 faiz respondent Rusiyanı əsas iqtisadi təhlükə kimi görür. Lakin onlar bu təhlükəni nədə gördüklərini konkret olaraq açıqlaya bilməyiblər. Respondentlərin böyük əksəriyyəti Rusiyanın "Qazprom” şirkəti ilə imzalanan yeni sazişi mənfi qiymətləndirib. Bu fikirdə olanlar 58 faizdir. Cəmi 11 faiz buna müsbət yanaşıb. 16 faiz isə nə müsbət, nə mənfi cavab verib. 15 faiz isə cavab vermək istəməyib. Təqribən 16 faiz respondent Rusiyanı Gürcüstan üçün ən əhəmiyyətli siyasi tərəfdaş hesab edir.
Gürcülər üçün prioritet Avropa İttifaqıdır. Respondentlərin 42 faizi Aİ-ni prioritet hesab edir. Köhnə dünya – Avropa ilk dəfə olaraq Tbilisinin beynəlxalq arenada əsas dəstəkçisi olan Birləşmiş Ştatları üstələyib. Gürcü cəmiyyəti üçün prioritetin dəyişməsi sözsüz ki, Avropa İttifaqı ilə viza rejiminin liberallaşması ilə bağlıdır. Gürcüstan vətəndaşları üçün okeanın o tayına düşmək əvvəlki tək çətindir. Sorğuda iştirak edənlər əhəmiyyətli tərəfdaşlar qismində, həmçinin Azərbaycan, Türkiyə, Ukrayna, İran və Ermənistanın adını çəkiblər. Dəqiq desək, Azərbaycanı 20, Ukraynanı 28, Türkiyəni 14, Ermənistanı 12, İranı isə cəmi 2 faiz strateji tərəfdaş kimi göstərib. Qonşu ölkələrin prioritet və əhəmiyyətli olaraq seçilməsi qanunauyğundur. Lakin Ukraynaya həddən artıq önəm verilməsi bir qədər təəccüb doğurur. Sabiq prezidentlər - Mixail Saakaşvili və Viktor Yuşşenkonun bir-birinə tez-tez qonaq getdikləri və uşaqlarını xaç suyuna saldıqları dövrlər arxada qalıb. İqtisadi münasibətlərdən də danışmağına əsas yoxdur. Əksinə, Saakaşvilinin Ukraynada indiki hakimiyyətə qarşı sərt çıxışlar etməsi iki ölkə arasında münasibətlərdə soyuqluq yaradıb.
Rəsmi Kiyev nəinki barəsində axtarış elan edilən Saakaşvilini Gürcüstana qaytardı, əksinə, onu qubernator təyin etdi. Ola bilsin, Ukraynanın populyar olmasının səbəbi Kiyevlə Moskva arasındakı gərginlikdən irəli gəlir. Bəlkə də burada də, diasporlar da böyük rol oynayır. Belə ki, Ukraynada güclü gürcü, Gürcüstanda isə Ukrayna diasporu var. Bundan əlavə, qərbyönümlü vektorun oxşarlığı və ərazi bütövlüyünün pozulması baxımdan yaxınlıq da az rol oynamır. Rəyi soruşulanlar arasında Tbilisinin Avropa ilə yaxınlaşmasını təhlükə kimi görənlər minimal həddədir. Onlar ölkənin Avropa strukturları ilə yaxınlaşmasını ciddi təhlükə kimi görürlər. Rəyi soruşulanların 70 faizi siyasi partiyaların və Mərkəzi Bankın fəaliyyətinə qarşıdır. Gürcülər arasında həm də hakim partiyanın dayaqları zəifləməyə başlayıb. Hazırda gürcülərin yalnız 26 faizi "Gürcü Arzusu” Partiyasına səs verməyə razı olduğunu bildirib. Ondan sonrakı yerdə isə "Vahid Milli Hərəkat” Partiyası (15 faiz) gəlir. Gürcü pravoslav kilsəsinin (88), ordunun (86), prezidentin (51), polisin (59) və KİV-in (74) fəaliyyətini isə əksəriyyət pozitiv qiymətləndirib.
Polislə bağlı qalmaqallar çox olsa da, ictimai rəy onlara qarşı kəskin mövqe nümayiş etdirməyib. IRI-nin sorğusunda ayrıca bənd NATO və Şengen vizasının ləğvinə münasibətlə bağlı olub. Ən böyük təəccüb doğuran hal isə odur ki, viza rejiminin ləğvi ilə geniş informasiya kampaniyası, üç gün ərzində kütləvi bayramlar keçirilməsinə baxmayaraq, rəyi soruşulanların 2 faizi ölkədə nə baş verdiyindən xəbərsiz olub. NATO ilə bağlı isə məsələ birmənalıdır. Son 10-15 illə müqayisədə Gürcüstanın NATO-ya üzv olmaq tərəfdarı olanların sayı bir qədər azalıb. O zaman keçirilən sorğularda böyük əksəriyyət bu üzvlüyün tərəfdarı kimi çıxış edirdi. Əhali onda az qala hesab edirdi ki, Gürcüstanın xilası yalnız və yalnız Şimali Atlantika Alyansına üzvlükdən keçir. İndi isə bu rəqəm 56 faizdir. 26 faiz isə qismən buna razıdır. Cəmi 15 faiz NATO-ya üzvlüyə qarşıdır. Respondentlərin 14 faizi hesab edir ki, Gürcüstanı heç bir zaman Alyansa üzv qəbul etməyəcəklər. 42 faiz isə əmindir ki, ölkə nə vaxtsa mütləq bu hərbi alyansa üzv qəbul olunacaq.
Azər
banner

Oxşar Xəbərlər