• şənbə, 20 Aprel, 05:56
  • Baku Bakı 15°C

Gürcü və azərbaycanlı gənclərin davasını silahla yatırdılar

29.05.14 13:27 1012
Gürcü və azərbaycanlı gənclərin davasını silahla yatırdılar
APA-nın gürcü mətbuatına istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.
Mixail Saakaşvilinin lideri olduğu “Milli Hərəkat” partiyasının yerli şöbəsinin nümayəndəsi Ramin Bayramovun sözlərinə görə, partiyanın 4 nəfər gənc fəalına hücum olub.
Hakim koalisiyanın tərəfdarları öncə onları küçədə, sonra şəhərin çayxanasında döyüblər. Müxalifət partiyasının azərbaycanlı gənc fəalları polisə zəng etmək məcburiyyətində qalıblar. Lakin qarşıdurma böyüyüb və dava iştirakçılarının sayı 200 nəfərə çatıb.
Hadisə yerinə gələn polis əməkdaşları havaya atəş açmaqla, vəziyyəti qismən nəzarətə götürə biliblər.
“Milli Hərəkat” və “Gürcü koalisiyası” nümayəndələrinin bildirdiyinə görə, gənclərin arasında baş vermiş dava etnik zəmində olmayıb. Onlar bunu iyunun 15-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqələndiriblər.
banner

Oxşar Xəbərlər