• çərşənbə, 24 Aprel, 03:31
  • Baku Bakı 14°C

Gürcü pianoçu Bakıda beynəlxalq musiqi festivalında çıxış edəcək

27.07.19 17:45 16961
Gürcü pianoçu Bakıda beynəlxalq musiqi festivalında çıxış edəcək
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
AZƏRTACxəbər verir ki, builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Festival çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və tanınmış gürcü pianoçu Xatia Buniatişvili çıxış edəcək.
Konsert proqramında Fikrət Əmirov, Niyazi və Elmira Nəzirovanın əsərləri ifa olunacaq.
banner

Oxşar Xəbərlər