AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcü ekspert: Ermənistan tarixi keçmişdən dərs çıxarmayıb

Gürcü ekspert: Ermənistan tarixi keçmişdən dərs çıxarmayıb

Cəmiyyət
01 Oktyabr 2020, 13:15 124
Ermənistan tarixi keçmişdən dərs çıxarmayıb.
 
Bunu Trend-ə gürcü ekspert, professor Kaxa Ketsbaya deyib.
 
Onun sözlərinə görə, erməni ərazilərinin qonşu xalqlar hesabına genişlənməsi proqramı sülhə və Ermənistanın milli-dövlətçi suverenliyinin formalaşmasına gətirib çıxara bilməz: "Öz "uğurlarından” ruhlanan Ermənistan nəticələr barədə düşünmədən qonşularının tarixi vilayətlərinə iddia etməyə başlayıb”.
 
Ekspert vurğulayıb ki, Azəbaycan beynəlxalq hüququn normalarına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə əsaslanaraq otuz il ərzində Ermənistanı bu münaqişəni dinc yolla tənzimləməyə çağırıb: "Amma Ermənistan geosiyasi müttəfiqlərinə arxalanaraq, nəyin bahasına olur-olsun, status-kvonu saxlamağa çalışıb və müntəzəm olaraq atəşkəs barədə razılaşmanı pozub”.