• çərşənbə axşamı, 16 aprel, 10:15
  • Baku Bakı 14°C

Gürcü ekspert: Azərbaycanda idman sürətlı inkişaf edir

12.11.18 15:15 723
Gürcü ekspert: Azərbaycanda idman sürətlı inkişaf edir
Azərbaycanda idman sürətlə inkişaf edir. Tbilisidə keçirilən WK-1 versiyası üzrə peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşləri bir daha göstərdi ki, Azərbaycan idmançılarının peşəkarlığı yüksək səviyyədədir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxia deyib.
O, bildirib ki, beynəlxalq kikboksinq yarışlarında gürcülər hər zaman Azərbaycan, azərbaycanlılar isə Gürcüstan idmançılarına azarkeşlik ediblər. Gürcüstan və Azərbaycan təkcə yaxın qonşu deyil, həm də dost və qardaş ölkələrdir. Biz Azərbaycan idmançılarının çıxışlarını həmişə maraqla izləyirik və onların peşəkarlıq səviyyəsinin ciddi şəkildə yüksəldiyinin şahidi oluruq.
Q.Cavaxia deyib: "Gürcüstan və Azərbaycan artıq dünya səviyyəsində kikboksinq idman növünün inkişaf etdiyi ölkələr kimi tanınırlar. İki ölkə arasında kikboksinq idmanı sahəsində sıx əməkdaşlıq var. Bir-birimizə dəstək veririk və idmançılarımızın peşəkarlıq səviyyəsini artırırıq”.
Məlumat üçün qeyd edək ki, Tbilisidə keçirilən WK-1 versiyası üzrə peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşlərində Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş medal, həvəskarlar arasında keçirilən döyüşlərdə isə 3 qızıl medal qazanıblar.
banner

Oxşar Xəbərlər