• cümə axşamı, 18 aprel, 09:25
  • Baku Bakı 12°C

Gürcü ekspert: “Azərbaycan - Gürcüstan əməkdaşlığı Avropa üçün də əhəmiyyətlidir”

28.05.17 09:10 940
Gürcü ekspert: “Azərbaycan - Gürcüstan əməkdaşlığı Avropa üçün də əhəmiyyətlidir”
Tiflisdə NATOPA-nın İqtisadiyyat və Təhlükəsizlik Komitəsinin iclası keçirilib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda Azərbaycanın Cənubi Qafqaz regionundakı rolundan danışılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyəti böyükdür.
Komitənin iclasında, əsasən, ərzaq təhlükəsizliyi, qlobal istiləşmə, iqlim dəyişikliyi, bu amillərin iqtisadiyyata təsiri, iqtisadi təhlükəsizlik,NATO-nun maliyyələşməsində bərabərlik prinsipləri və sair məsələlər müzakirə olunub.
NATOPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev jurnalistlərə açıqlamasında bildirib ki,NATO-ya üzv olan ölkələrin və beynəlxalq təşkilatların iştirak etdiyi iclasda gürcü eksperti Azərbaycanın regionda və dünyada artan nüfuzundan ətraflı şəkildə məlumat verib. Q.Həsənquliyevin sözlərinə görə, iclasda Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda Avropa İttifaqının araşdırmaları üzrə direktoru Kaxa Qoqolaşvilinin məruzəsi bəyənilib. Gürcü ekspert ölkəsinin iqtisadiyyatı, iqtisadi təhlükəsizliyi, inkişafı və investisiya mühitinin imkanları haqqında ətraflı məlumat verib.
Gürcü ekspert, ölkəsinə investisiya yatıran xarici ölkələr sırasında Azərbaycanın xüsusi rolu olduğunu bildirib: "Gürcüstan iqtisadiyyatının inkişafında Azərbaycanın rolu böyükdür. Azərbaycan Gürcüstanda təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, bank sistemi, infrastruktur layihələrinə 600 milyon dollar sərmayə yatırıb. Bununla, Azərbaycan 2016-cı ildə Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələr sırasında birinci, Türkiyə isə ikinci yeri tutub”.
Ekspert Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft və qaz kəmərləri layihələrinin regionun və Avropanın enerji təminatında və iqtisadi təhlükəsizliyində əhəmiyyətli rolu olduğunu açıqlayıb. O, qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi yaxın vaxtlarda başa çatacaq: "Bu layihə Asiya ilə Avropa birləşdirməklə yanaşı, iqtisadi təhlükəsizliyimizdə və inkişafımızda mühüm rol oynayacaq”, - deyə ekspert qeyd edib.
Gürcü ekspert çıxışında Azərbaycan-Gürcüstan əməkdaşlığının Avropa üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər