• çərşənbə axşamı, 16 aprel, 17:35
  • Baku Bakı 19°C

Günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı açıqlanıb

07.08.17 12:30 964
Günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı açıqlanıb
İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib. Bu barədəAPA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı Stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər