• şənbə, 20 Aprel, 20:39
  • Baku Bakı 24°C

“Gunvor Group”: "Neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər"

29.11.16 19:41 776
“Gunvor Group”: "Neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər"
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sabah Vyanadakı iclasında kartelə üzv ölkələr hasilatın azaldılması barədə razılıq əldə etməsələr neftin qiyməti 10 dollara qədər ucuzlaşa bilər.
AZƏRTACxəbər verir ki, dünyanın ən böyük neft treyder şirkəti olan "Gunvor Group”un idarə heyətinin sədri Torbjörn Törnqvist bu qənaətdədir.
"OPEC-ə üzv ölkələr razılığa gələ bilməsələr neftin qiyməti 10 dollaradək ucuzlaşa bilər. Əgər hər hansı razılıq əldə olunsa isə "qara qızıl”ın qiymətinin 50 dolları keçəcəyi ehtimal olunur. Hesab edirəm ki, OPEC razılığa gələcək”, - deyə T.Törnqvist əlavə edib.
banner

Oxşar Xəbərlər