Günü sabah “Barsa”ya qayıdar, zəng gəlsə
PSJ-nin
futbolçusu Dani Alveş "Barselona” karyerasını unuda bilmir.
Kaspi.az xəbər
verir ki, Alveş "Barselona”nı doğma evi sayır. O, yenidən Kataloniya klubunda
çıxış etməyin əleyhinə deyil. Braziliyalı deyib ki, zəng gəlsə, günü sabah
"Barsa”ya qayıdar:
"Mənə
"Barselona”dan ayrılmaq çox çətin idi. Çünki "Barsa”nın tarixinin ən güclü
klubu olması yönündə mən də çox əmək sərf etmişdim.
8 ildə 23 titul
qazanmışdım. Heç kimin gözləmədiyi zirvəyə yüksəlmişdik. Klubdan ayrılarkən vida mərasimi təşkil etmək
istədiklərini dedikdə, bundan imtina etdim.
Çünki "Barselona” mənim evim idi. Bu məntiq də
deyir ki, sənin vidalaşmaq üçün heç bir əsasın yoxdur. Günü sabah "Barsa”ya
qayıdaram, əgər ordan zəng gəlsə”.
Alveş
"Barselona”da 2008-2016-cı illərdə çıxış edib.