• cümə, 19 Aprel, 21:36
  • Baku Bakı 24°C

Günü sabah “Barsa”ya qayıdar, zəng gəlsə

24.04.18 12:20 914
Günü sabah “Barsa”ya qayıdar, zəng gəlsə
PSJ-nin futbolçusu Dani Alveş "Barselona” karyerasını unuda bilmir.
Kaspi.az xəbər verir ki, Alveş "Barselona”nı doğma evi sayır. O, yenidən Kataloniya klubunda çıxış etməyin əleyhinə deyil. Braziliyalı deyib ki, zəng gəlsə, günü sabah "Barsa”ya qayıdar:
"Mənə "Barselona”dan ayrılmaq çox çətin idi. Çünki "Barsa”nın tarixinin ən güclü klubu olması yönündə mən də çox əmək sərf etmişdim.
8 ildə 23 titul qazanmışdım. Heç kimin gözləmədiyi zirvəyə yüksəlmişdik. Klubdan ayrılarkən vida mərasimi təşkil etmək istədiklərini dedikdə, bundan imtina etdim.
Çünki "Barselona” mənim evim idi. Bu məntiq də deyir ki, sənin vidalaşmaq üçün heç bir əsasın yoxdur. Günü sabah "Barsa”ya qayıdaram, əgər ordan zəng gəlsə”.
Alveş "Barselona”da 2008-2016-cı illərdə çıxış edib.
banner

Oxşar Xəbərlər