• cümə axşamı, 28 mart, 16:16
  • Baku Bakı 16°C

“Günəşli” yatağında yanğın söndürülüb

27.09.16 11:31 967
“Günəşli” yatağında yanğın söndürülüb
"Günəşli” yatağında yanğın söndürülüb.

Bununla bağlıFövqəladə Hallar Nazirliyivə SOCAR birlikdə məlumat yayıb. FHN-dənAPA-ya verilən məlumatda qeyd olunur ki, sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoruFüzuliƏsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.
banner

Oxşar Xəbərlər