• cümə, 19 Aprel, 04:29
  • Baku Bakı 18°C

Kəndlərdə içməli su təminatı ilə bağlı layihələr həyata keçirən xanım - Fotolar

05.02.19 09:00 2042
Kəndlərdə içməli su təminatı ilə bağlı layihələr həyata keçirən xanım  - Fotolar
Ünsiyyət qurmaq bacarığı, fikirləri doğru ifadə edə bilmək danışıqların özəyidir. Etika Akademiyasının rəhbəri kimi bir çox iaşə obyektlərinə, insan resurslarına təlimlər keçirlər. Ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətlər korporativ məsuliyyətlərinə də ciddi yanaşırlar. Onlarla aparılan danışıqlar sayəsində təhsildə aztəminatlı ailələrə, internat məktəblərinə və su problemləri olan regionlara dəstək durmağa çalışırlar. Müsahibimiz Etika Akademiyasının rəhbəri, hüquqşünas Günel İbrahimlidir.
- Günel xanım, niyə məhz içməli su problemləri ilə bağlı layihələr?
- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də, dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır. Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə görə respublikamız Cənubi Qafqazın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda 8300-dən artıq irili-xırdalı çay var.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək, ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə başlanılıb. Bu məqsədlə ölkə Prezidentinin tapşırığı ilə "İçməli su" Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun 50-yə yaxın inzibati ərazi tədqiq olunub. Rayonlarda - Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilmişdir. Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq.Ona görə də, bir çox özəl şirkətlər, Qeyri Hökumət Təşkilatları bu layihələrin icrasında önəmli rol oynayırlar.

- Layihələrin maliyyə mənbələri hansı şirkətlərdir?
- Sırf su üzrə layihəmizin 80% maliyyə dəstəyini JTİ şirkətindən (Japon Tabacco İnternational) alırıq. Digər hissəsini öz təşkilatımızın büdcəsi hesabına həyata keçiririk. Mən Etika Akademiyasından əlavə Milli QHT Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilat çərçivəsində layihələrinin icrasını həyata keçiririk. Son 4 ildə İsveçrədə mənzillənən, nümayəndəliyi Bakıda da olan JTİ ilə əməkdaşlıq edirik. 2014-2018-ci illər ərzində 10 rayonda layihə icra etmişik. 50000 dən artıq əhalinin içməli su ilə təminatını əhatə edə bilmişik.

- Layihələr hansı rayonlarda icra edilib?
- Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi, Tovuz və Samux rayonlarıdır. Bu il daha 3 kəndi n içməli su probleminin həll edilməsi nəzərdə tutulub. İlk layihəmiz Kürdəmir rayonunun Qarasaqqal kəndində oldu. O kənddə kanal suyunun təmizlənməsi ilə içməli su əldə edə bildik. Çox çirkli olduğuna görə, bizdən öncə də cəhd edənlərin qurğuları qırılırdı. Lakin müasir ionlaşdırma texnologiyasından istifadə edərək, davamlı içməli su mənbəyi əldə edə bildik. O layihəyə görə Amerika Ticarət Palatası tərəfindən birinci yerə layiq görüldük.

- Bir layihənin icrasına nə qədər vaxt sərf edirsiniz? Bir xanım olaraq tikinti, qazıntı işlərini idarə etmək çətin deyil?
- Bir layihə təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır, əgər bu sub-artezian quyusudursa, təxminən 85 -95 metr dərinlikdən su əldə edilir. Nasosla üzə çıxarılır. Tonlarla tutumu olan çən quraşdırılır. Əgər suyun təmizlənməsidirsə, xüsusi qurğular qurulur və tam içməli su əldə edilir.Xeyr, artıq çətin gəlmir. İlk layihələrimdə daha çox həyəcanlı idim. Artıq 10 kənddə layihənin idarəsi və icrası təcrübə qazandırıb. Mütəxəssislərdən ibarət komandamız var . Bu, geoloqlar, tikinti üzrə peşəkarlar və su üzrə ekspertlərdən ibarət bir komandadır. Regionlarımızın sosial-iqtisadi inkişafı və rifahı üçün ölkə başçısı cənab İlham Əliyev daim sərəncamlar verir, maliyyə ayırır, diqqət yetirir. Biz də öz vəzifə borclarımızdan kənar sosial məsuliyyətimizi tam dərk etsək və töhfəmizi versək, bu inkişafa daha sürətlə nail olarıq.
Kaspi.az

banner

Oxşar Xəbərlər