• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb və qeydiyyatdan keçirilib"

13.10.17 11:45 1689
Gündüz İsmayılov: "Bölgələrin hamısında mədrəsələr yaradılıb və qeydiyyatdan keçirilib"
"Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq bölgələrimizin hamısını əhatə etməklə, mədrəsələr formalaşdırılıb".
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib.
G. İsmayılov deyib ki, mədrəsələrlə bağlı hüquqi prosedurlar formalaşdırılıb: "Bütün mədrəsələrin təsisçisi qanunvericiliyə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsidir və mədrəsələr də artıq Dövlət Komitəsində dövlət qeydiyyatından keçib. Mədrəsələrin fəaliyyətə başlamasına gəlincə, əvvəlki dövrlərdə olduğu kimi, üç mədrəsə - Şəki İslam Mədrəsəsi, Bakı Şəbnəm Qızlar Mədrəsəsi və Zaqatala Əlibadad İslam Mədrəsəsi fəaliyyətini davam etdirir. Digər mədrəsələrin fəaliyyətə başlaması istiqamətində hazırdaQafqaz Müsəlmanları İdarəsiilə birlgə fəaliyyətimiz davam edir".
banner

Oxşar Xəbərlər