Gündoğan onun tribunada olduğunu bilməyib
"Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının
1/8 finalında səfərdə "Bazel”lə keçirilən ilk oyundan (4:0) sonra fikirlərini
bildirib.
Kaspi.az xəbər verir ki, həmin qarşılaşmanı stadiondan Almaniya
yığmasının baş məşqçisi Yoahim Löv də izləyib. Gündoğan Lövün stadionda
olmasından xəbərsiz olduğunu deyib:
"Mənim üçün ən vacib olan yaxşı oyun və yaxşı nəticədir. Çempionlar
Liqasında həmişə çətin olur. Bu gün yaxşı oyun göstərdik və layiqli qələbə
qazandıq.
Lövün tribunada olduğunu isə bilmirdim. Oyunum onun xoşuna gəlibmi?
Bu haqda heç nə deyə bilmərəm, yaxşı olardı ki, bu sualı onun özünə verərdiniz.
Ümid edirəm ki, gördükləri onu qane edib”.
İlkay Gündoğan "Bazel”lə qarşılaşmada dubl edib.