• çərşənbə axşamı, 23 aprel, 23:48
  • Baku Bakı 20°C

“Gündəm xəbər”in təsisçisi və baş redaktoruna hökm oxundu

20.05.13 13:43 1558
“Gündəm xəbər”in təsisçisi və baş redaktoruna hökm oxundu
Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hakim Yaşar Həsənovun sədrliyi ilə keçirilən prosesdə Şirin Cəfəri və vəkili Zaur Niftəliyev çıxış edib. Onlar iddiaların əsassız olduğunu bildirib, hakimdən təqsirsizliyi təsdiq edən qərar çıxarılmasını istəyiblər.
Məhkəmə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə Şirin Cəfəri barəsində 3 il müddətinə azadlıq məhrum etmə cəzası təyin edib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, bu cəza şərti hesab olunub və onun barəsində iki il sınaq müddəti təyin edilib. Eyni zamanda hökmə əsasən, Ş. Cəfəridən ödəməkdən yayındığı 71 min 400 manat borc da tutulacaq.
Qeyd edək ki, “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə ittiham olunur.
Ötən prosesdə dövlət ittihamçısı Mahir Hüseynov Ş. Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror qeyd edib ki, Ş. Cəfərinin iri məbləğdə vergidən yayınmada ittiham edilir, buna əsas kimi ittiham olunan şəxsin 71 min manat məbləğində vergini ödəməkdən yayınması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Vergilər Nazirliyinin rəyi əsas götürülüb.
banner

Oxşar Xəbərlər