• cümə axşamı, 25 aprel, 04:36
  • Baku Bakı 19°C

Günay Musayevə sonunda danışdı

12.11.13 13:10 1654
Günay Musayevə sonunda danışdı
Azərbaycan bu il “Best model of world”də iştirak etməyəcək. “Kaspi”-yə açıqlamasında model Günay Musayevə bildirib ki, ölkəmiz müsabiqədə gələn il təmsil olunacaq:
“Bir müddət öncə “Best model of Azerbaijan-2013” müsabiqəsini Azərbaycanda təşkil edəcəyimi bildirmişdim. Bu məsuliyyətli işi güvənib mənə tapşırdığı üçün Erkan Özermana təşəkkür edirəm. “SS Production” ilə müsabiqəni təşkil etməyi planlayırdıq, lakin bəzi səbəblər və vaxt məhdudluğu olduğu üçün qərara gəldik ki, müsabiqəni bu il yox, gələn il keçirək. Azərbaycan bu ilin dekabr ayında Bolqarıstanda keçiriləcək “Best model of world”də iştirak edə bilməyəcək. Amma baxmayaraq ki, Azərbaycan müsabiqədə təmsil olunmayacaq, ölkəmizin adı orada səslənəcək. Çünki müsabiqədə yenə münsif kürsüsündə əyləşəcəm və ölkəmi layiqincə təmsil edəcəm. Müsabiqə ilə bağlı sualı olanlar istər telefonla, istərsə də sosial şəbəkələrdə mənə müraciət edə bilərlər. Təmsilçi olaraq sualları cavablandırmağa hazıram. İnşallah, gələn il “Best model of Azerbaijan” təşkil ediləcək və qalib gələcək şəxs “Best model of world”ə vəsiqə qazanacaq”.
Model daha sonra 2010-cu ildə onunla birlikdə birinci seçilən finalçıya mesaj göndərdi: “2010-cu ildə mənimlə birlikdə birinci seçilən, amma öz səhv addımlarına görə “Best model of world”ə vəsiqə qazana bilməyən adını çəkmək istəmədiyim kişi finalçı hələ də sakitləşməyib. Həm özü, həm dostları tez-tez zəng edib “Best model of world”ün koordinatoru Silvester Lolovu narahat edirlər, hətta o, Özermanın İstanbuldakı ofisinə gedərək müsabiqəyə yenidən qatılmaq istədiyini bildirib. Onun nəzərinə çatdırmaq istəyirəm ki, üç il əvvəl müsabiqədə qalib gəlibsə, bu il iştirak etməyi nə qanuni cəhətdən, nə də üslubən doğru deyil. Sakitləşsin, Azərbaycanda yarışma keçiriləcəyi günü gözləsin və şansını təkrar yoxlasın”.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər