• cümə, 19 Aprel, 16:42
  • Baku Bakı 25°C

Günay Musayevanın həyat yoldaşına həbs qərarı

08.11.13 11:46 1251
Günay Musayevanın həyat yoldaşına həbs qərarı
Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı Tolqa Karelə Türkiyə məhkəməsində hökm oxunub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, səbəb onun bir müddət öncə keçirdiyi avtomobil qəzasında taksi şoferini yaralamasıdır. Belə ki, T.Karel Şişli Halaskargazi prospektində avtomobilini idarə edərkən maşınını Orxan Ağaçyaranın idarə etdiyi avtomobilə vurub. Qəza nəticədə taksi sürücüsü O.Ağaçyaran yaralanıb.
Ötən gün İstanbul hüquq məhkəməsi taksi sürücüsünün T.Karelə qaldırdığı iddiaya baxıblar. Aktyor özünü günahkar bilmədiyini söyləyib: “İşıqforda yaşıl işıq yanarkən yolumu davam edirdim. Digər prospektdən isə taksi şoferi sürətlə gəlirdi. Və bu zaman toqquşma oldu. Hadisə yerinə gələn taksi sürücüləri “Nasıl kaza edərsin?” sözlərini deyərək, üstümə gəldilər. Filmlərə çəkildiyim üçün insanlar məni tanıyırdılar, məhz bu səbəbdən mənlə pis davrandılar. Mənsə həmin anda polislər sığındım. Bu işdə mən günahsızam. Mən cinayət etməmişəm”. Sonra məhkəmə qərarını açıqlanıb. Qərarla T. Karelin taksiçinin yaralaması təsdiq olunub. Belə ki, aktyora 150 gün cəza kəsilib. Lakin sonda bu qərar pul cəzası ilə əvəzlənib.
banner

Oxşar Xəbərlər