• cümə, 19 Aprel, 15:05
  • Baku Bakı 25°C

Günay Musayeva: “Sevgin məni havalara uçurur“

14.08.14 18:20 1362
Günay Musayeva: “Sevgin məni havalara uçurur“
Axşam.az xəbər verir ki, Mayruk öz kolleksiyasından bir neçə libası Günaya göndərib. Bu haqda İnstagram səhifəsində yazan G.Musayeva çox sevindiyini deyib:
“Günə xoşbəxt başlamaq, yəqin ki, budur. Yıldırım Mayruk bir-birindən gözəl iki libası mənə hədiyyə göndərib. Çox şanslıyam. Çünki Türkiyədə moda deyiləndə ağla ilk gələn ad əfsanə, işi hər kəsə məlum olan Yıldırım Mayrukdur. Belə bir ustanın sevimlisi olmağım, mənə “qızım” deyib dəyər verməyi məni xoşbəxt edir. Sanki illərdir tanışıq. Aramızda sevgi, qayğı var. Ona atam kimi dəyər verir, sevirəm. Əziz Yıldırım Mayruk, Allah sizə uzun ömür versin. Nə yaxşı ki, varsınız. Bundan sonra da məsləhətlərinizə ehtiyacım olacaq. Sevgin məni havalara uçurur”.
banner

Oxşar Xəbərlər